Azərbaycanda Prezident seçkiləri gününə olan hava proqnozu açıqlanıb

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanda Prezident seçkiləri gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, aprelin 10-11-də ölkə ərazisində hava şəraitinin sabit və əsasən, yağmursuz keçəcəyi gözlənilir: "Aprel ayının 11-i axşam isə bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var".

G.Məmmədova qeyd edib ki, növbəti iki gündə temperatur rejimində ciddi dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 15-19, bölgələrdə 18-23, dağlıq ərazilərdə 11-16 dərəcə təşkil edəcək"

Onun sözlərinə görə, aprelin 10-11-də ölkə ərazisində cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda Prezident seçkisi keçiriləcək. 

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22