Azərbaycanda ov mövsümü açıq elan edilib

Bu gündən Azərbaycanda ov mövsümü açıq elan edilib.

Bu barədə "Report"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

O qeyd edib ki, Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və bu gündən Azərbaycan ərazisində ov mövsümünün açıq elan edilməsi barədə qərar verilib.

A.Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən əldə edə bilərlər.

Həmçinin tövsiyə edilib ki, ov zamanı qaydaların mövcud normativlərinə əməl edilməli və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə edilməlidir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34