Azərbaycanda növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, mayın 3-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi qərb rayonlarında qısa müddətli yağış yağacağı ehtimalı var: "Növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir".

Onun sözlərinə görə, mayın 4-ü gündüzdən etibarən hava şəraitinin arabir yağışlı olacağı gözlənilir.

Direktor qeyd edib ki, növbəti iki-üç gündə ölkə ərazisində şərq küləyi əsəcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24