Azərbaycanda növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tullantıları hədiyyələrə dəyiş” festivalı bu dəfə “Ağ Şəhər”də baş tutacaq.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlama verib.

O bildirib ki, festivalın keçirilməsində məqsəd ictimaiyyəti tullantıların düzgün idarə olunması barədə maarifləndirmək, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyini vurğulamaq və tullantılardan daha səmərəli istifadəni təşviq etməkdir.

Nazirlik sözçüsü məlumat verib ki, təbiətlə dostluğu, tullantılarla bağlı problemin aradan qaldırılmasında vətəndaşların rolunu aşılayan festival Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə 3 avqust tarixində təşkil olunacaq.

"Vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər. Unutmayaq ki, tullantıların düzgün idarə olunması hər bir şəxsin məsuliyyətidir və bu istiqamətdə atılan hər bir addımın ətraf mühitin qorunmasında böyük rolu vardır. Festival 3 avqust 2024-cü il tarixində Bakı şəhəri, Mərkəzi Bulvar küçəsi, Ağ Şəhər “Biznes Mərkəzi 2020”nin qarşısında keçiriləcək".

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24