Azərbaycanda növbəti 4 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan ərazisində növbəti 4 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, aprelin 5-dən 9-dək ölkədə hava şəraiti mülayim keçəcək.

Onun sözlərinə görə, aprelin ikinci ongünlüyünə qədər Azərbaycan ərazisində yağmursuz hava şəraiti müşahidə olunacaq: "Mülayim cənub-şərq küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, bu günlə müqayisədə növbəti günlərdə havanın temperaturu tədricən yüksələcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24