Azərbaycanda mayın 19-dək müşahidə olunacaq hava şəraiti açıqlanıb

Bakı. 15 may. REPORT.AZ/ "May ayının 19-dək ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, növbəti günlərdə günün birinci yarısında, əsasən də dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal olunur: “Havanın temperaturunun tədricən yüksələcəyi gözlənilir. Temperatur Bakıda və Abşeron yarımadasında 23-28, Mərkəzi Aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 15-18 dərəcə arasında dəyişəcək”.

Mütəxəssis qeyd edib ki, növbəti 3 gündə Azərbaycanda mülayim şərq küləyi əsəcək.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22