“Hazırda ceyranların reintroduksiyası davam edir”.
“Report” xəbər verir ki, bunu Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, məqsəd bəzi növlərin bərpasına yönəlib: “Ölkədə bir neçə yerdə maralların nəsli tükənib. Misal olaraq, Talış dağlarında Qafqaz maralı 1923-cü ildə olub. Ona görə də Hirkan Milli Parkında Qafqaz maralının bərpasını nəzərdə tuturuq. Orada olan bəbirlər üçün də qida mənbəyi zəifdir. Maralın əraziyə qayıtması uğurlu olardı. Quba və Qusar ərazisində marallar tükənib”.