Azərbaycanda istilik effekti yaradan qazların emmisiyası 35% azaldılacaq

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Sumqayıtda yeni zavodlar tikilir və onlar müasir ekoloji normalara uyğundur". 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku – 2018” tədbirində çıxış edən ekologiya naziri Muxtar Babayev deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum səlahiyyətləri çərçivəsində ekoloji təhlükəsizliyi təmin etmək üçün işləri davam etdirir: "Azərbaycan 2030-cu ilə qədər istilik efekti yaradan qazların emmisiyasının 1990-cı illə müqayisədə 35% azaldılmasını missiya kimi üzərinə götürüb". 

Nazir həmçinin Xəzər dənizinin və ərafının çirklənməsinin qarşısını almaq üçün müvafiq addımların atıldığını da qeyd edib.

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22