Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir

Azərbaycanda bir neçə ildir ki, intensiv surətdə hidrometeoroloji şəbəkənin modernləşdirilməsi işləri aparılır.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova mayın 8-də keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, artıq Azərbaycanda hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilərək ən müasir avadanlıqlarla təmin edilib, avtomatlaşdırılmış sistemə keçirilib:

"Artıq hidrometeoroloji xəbərdarlıq, proqnoz məlumatlarının əhaliyə daha operativ çatdırılmasını təmin etmək məqsədilə meteo.az mobil tətbiqinin istifadəyə verilməsi nəzərdə tutulur".

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19