Azərbaycanda həftə sonuna olan hava proqnozu açıqlanıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanda bu həftə sonuna olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında səhər saatlarında bəzi yerlərdə zəif duman çiskin olacaq: “Paytaxt və yarımadada gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ölkə ərazisində isə cənub-qərb küləyinin üstünlüyü müşahidə olunacaq, bəzi rayonlarda yağış yağacağı gözlənilir. Sabah havanın temperaturunun günorta saatlarında Bakıda 18-23, Mərkəzi Aran rayonlarında 18-23, dağlıq rayonlarda 13-18 dərəcə isti olacağı gözlənilir”.

Onun sözlərinə görə, bazar günü, oktyabrın 29-da gün ərzində hava şəraitinin əsasən sabit və yağmursuz keçəcəyi gözlənilir: “Bazar günü ölkə ərazisində cənub-qərb küləyinin üstünlüyü müşahidə olunacaq”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37