Azərbaycanda havanın temperaturu 10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakı. 23 oktyabr. REPORT.AZ/ Oktyabrın 26-dan 27-si axşamadək ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

Məlumata görə, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi güclənəcək. 

ETSN xəbərdarlıq edir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 10 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Digər xəbərlər

Kükü dağına qar yağıb 04 oktyabr, 2026 / 11:43
Sabah da Bakıya yağış yağacaq 03 oktyabr, 2026 / 12:33
Kəlbəcərə sulu qar yağıb 02 oktyabr, 2026 / 10:23