Azərbaycanda bəzi tullantılardan səmərəli istifadə üçün bir neçə quruma tapşırıq verildi

Azərbaycanda sement, əhəng və yol tikintisi işləri üçün yararlı olan tullantılardan səmərəli istifadəyə dair təkliflər hazırlanacaq.

"Report" xəbər verir ki, bu, yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramında öz əksini tapıb.

Bununla bağlı işlərin aparılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyətləri və bələdiyyələrə həvalə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına Daşkəsən dəmir yatağının istismarı nəticəsində toplanmış tullantılardan səmərəli istifadə məqsədilə kompleks tədqiqatlar aparılması tapşırılıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37