Bakı. 24 May. REPORT.AZ/ Bazar ertəsi Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 22-27 dərəcə isti olacaq.
Mayın 25-də Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.