Azərbaycan yaxın üç il ərzində regional təşkilatın komitəsinə sədrlik edəcək

Azərbaycan yaxın üç il ərzində regional təşkilatın komitəsinə sədrlik edəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstanın Astana şəhərində Mərkəzi Asiya və Qafqazda balıqçılıq və akvakultura sahəsində regional Komissiyanın (CACFish) Texniki Məsləhətçi Komitəsinin 6-cı sessiyası başa çatıb. Sessiyada Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Sessiya zamanı akvakulturada növ müxtəlifliyi, balıqçılıq və akvakulturada təhlükəsizlik qaydaları, gender məsələləri və regionda balıq ovu alətlərinin qeydiyyatı mövzuları üzrə FAO-nun beynəlxalq ekspertləri tərəfindən hazırlanmış layihələrin müzakirəsi aparılıb.

Yekunda Azərbaycan tərəfi yaxın üç il müddətində CACFish Komissiyasının Texniki Məsləhətçi Komitəsinin sədri seçilib.

CACFish Komissiyasının bu ilin oktyabrında keçiriləcək növbəti iclası üçün 2023-2025-ci illər üzrə iş planı, seminarlar, ekspert görüşləri və digər elmi texniki tövsiyələr təsdiqlənib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34