Azərbaycan və Rusiya Qafqazda bəbirlərin populyasiyasının bərpası üçün yasaqlıq yaradacaq

Bakı. 11 avqust. REPORT.AZ/ Azərbaycan və Rusiya Qafqazda bəbir populyasiyasının bərpası üçün yasaqlıq yaradacaq.

"Report" Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, artıq qurum rəhbəri Sergey Donskoy Qafqazda Ön Asiya bəbirinin populyasiyasının bərpası üzrə işlərin gedişatının müzakirəsinin yekunu olaraq bu barədə müvafiq departamentlərə lazımi təlimat verib.

Yasaqlıq Zaqatala Dövlət Təbiət Qoruğu və "Tlyaratinski" Federal Yasaqlığının (Dağıstan) tərkibində yaradılacaq.

S.Donskoy həmçinin 2016-cı ilin sonuna qədər Dağıstan Respublikasının ərazisində Qafqazda Ön Asiya bəbirinin populyasiyasının bərpası üzrə proqramın tam həyata keçirilməsi ilə bağlı təlimat da verib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24