Azərbaycan və Qazaxıstan Xəzərin səviyyəsinin azalması ilə bağlı birgə fəaliyyəti genişləndirir

Qazaxıstanın Astana şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin səviyyəsinin azalmasına təsir edən amillərin öyrənilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması məqsədilə hər iki ölkənin aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupun ilk iclası keçirilib.

"Report" xəbər verir ki, iclasa Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev və qazaxıstanlı həmkarı ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayevin rəhbərlik edib.

İclasda Xəzər dənizində su səviyyəsinin azalması tendensiyası, bu prosesə təsir edən iqlim və antropogen amillər, eləcə də ekosistemlərə və sahilyanı ərazilərə mümkün təsirlər müzakirə olunub.

Həmçinin tərəflər arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Eyni zamanda, birgə tədqiqatların aparılması, məlumat mübadiləsinin genişləndirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi barədə razılıq əldə olunub.

Növbəti iclasın 2027-ci ilin ikinci yarısında Azərbaycanda keçirilməsi planlaşdırılır.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20