Azərbaycan və Belarus ətraf mühitin mühafizəsi sahəsində sazişin həyata keçirilməsi üzrə proqram imzalayacaq

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Belarusa səfəri çərçivəsində adıçəkilən ölkənin təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri Andrey Xudıkla görüşüb.

"Report" BELTA-ya istinadən xəbər verir ki, danışıqlarda Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov da iştirak edib.

Azərbaycanlı nazir belaruslu həmkarı ilə görüşdə ölkəmizin Belarusun ətraf mühitin dövlət idarəedilməsi, tullantıların idarə olunmasının tənzimlənməsi və xüsusi qorunan ərazilər sisteminin inkişafı üzrə təcrübəsi ilə maraqlandığını diqqətə çatdırıb.

Belaruslu nazir isə öz növbəsində, iki ölkənin ekologiya qurumları arasında hidrometeorologiya, geologiya, kəşfiyyat və mineral ehtiyatların işlənilməsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Qeyd edək ki, səfərin yekununda tərəflər ətraf mühitin mühafizəsi sahəsində nazirliklər arasında 2010-cu ildə imzalanmış sazişin həyata keçirilməsi üzrə proqram imzalamağı planlaşdırır.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24