"Azərbaycan dəmir yolları" hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

"Azərbaycan dəmir yolları" QSC hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar sərnişinlərə müraciət edib.

"Report" QSC-yə istinadən xəbər verir ki, dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında havanın kəskin pisləşəcəyi, yağıntılı olacağı, küləyin sürətinin artacağı gözlənilir.

"Məlumat üçün bildirək ki, təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər. Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var.

Səfərlərinizi planlaşdırdığınız zaman bunu nəzərə almağınızı, həmçinin platformalarda diqqətli olmağınızı və təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik", - məlumatda qeyd edilir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34