Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında iştirak edir

Şotlandiyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransı (COP26) işə başlayıb.

"Report" xəbər verir ki, Dünya ölkələri Qlazqoda Qlobal İqlim Dəyişmələri ilə bağlı məsələləri müzakirə edir.

196 ölkənin nümayəndəsinin iştirak etdiyi konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Noyabrın 12-dək davam edəcək konfransda bəşəriyyət üçün ən böyük təhlükəyə çevrilən iqlim böhranı ilə mübarizə üçün yeni öhdəliklərin elan ediləcəyi gözlənilir.

Konfrans qlobal temperaturun 1,5 dərəcəyə qədər yüksəlməsini məhdudlaşdırmaq üçün daha effektiv fəaliyyətə çağırışların artması fonunda keçirilir.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38