Azərbaycan bərk məişət tullantıları ilə bağlı yeni Milli Strategiya qəbul edəcək

Nazirlər Kabineti beş ay müddətində "Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya" layihəsinə dair təkliflərini hazırlayaraq Prezident İlham Əliyevə təqdim edəcək.

"Report" xəbər verir ki, bu, dövlət başçısınının imzaladığı tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, yeni Milli Strategiya "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsi ilə əlaqələndiriləcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24