Azad olunan ərazilərdə tullantıların idarəedilməsi ilə bağlı görüləcək işlər açıqlanıb

Azad olunan ərazilərdə tullantıların idarəedilməsi ilə bağlı görüləcək işlər açıqlanıb.

"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədr müavini, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Sabit Zeyniyev Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında məlumat verib.

O qeyd edib ki, poliqonların layihələndirilməsi ilə bağlı işlər davam etdirilir:

"Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli və Zəngilan rayonları üzrə layihə smeta sənədləri hazırlanaraq Dövlət Ekoloji Ekspertiza Mərkəzinə təqdim edilib. Hazırda Füzuli, Zəngilan, Ağdam, Qubadlı və Cəbrayıl poliqonlarının layihə smeta sənədlərinə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Ekspertiza Baş İdarəsi müsbət rəy verib. Laçın rayonu üzrə poliqon ərazisi yenidən seçiləcəyi üçün Dövlət Ekoloji Ekspertiza Mərkəzinə təqdim edilməyib. Kəlbəcər rayonu üzrə yeni ərazi seçildiyi üçün layihələndirmə antiteror əməliyyatlarından sonra azad edilmiş digər Xocalı, Xocavənd və Ağdərə rayonları birlikdə aparılacaq".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38