Axşam saatlarında hava şəraiti dəyişkən buludlu olacaq

Bakı. 18 oktyabr. REPORT.AZ/ Oktyabrın 18-i axşam saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 18-i axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Cənub küləyi əsəcək. Havanın temperaturu 16-19 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24