Avropa Şurası və Avropa Parlamenti iqlim dəyişikliyi ilə mübarizəyə dair ilkin razılığa gəliblər

Avropa Şurası və Avropa Parlamenti iqlim dəyişikliyi ilə mübarizədə tullantıların daha da azaldılmasına dair qanun layihələri üzrə ilkin siyasi razılığa gəliblər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə iki qurumun birgə kommünikesində deyilir.

Bu qanun layihələri Avropa İttifaqının 2030-cu ilə qədər istixana qazı emissiyalarını 55% azaltmaq məqsədini hədəfləyir. Bu paketə ictimai iqlim fondunun yaradılması, innovasiya və modernləşdirmə fondlarının isə mövqelərinin gücləndirilməsi ilə bağlı bəndlər daxildir.

Sənəddə qeyd edilir ki, saziş ilkin xarakter daşıyır və rəsmi təsdiq tələb edir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24