Anomal istilər İsveçrədə buzlaqların əriməsini sürətləndirib

İsveçrə buzlaqlarında qar Avropanı bürüyən anomal istilər səbəbindən bir neçə həftə əvvəl əriyib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" alimlərin məlumatlarına istinadən xəbər verib.

Agentliyin məlumatına görə, iyunun 29-da İsveçrənin cənubundakı Rona buzlaqında "buzlaqların əriməsi günü" - qışda yığılan qar örtüyünün tamamilə yox olduğu və buzlaqların öz buz kütlələrini itirməyə başladığı an gəldi.

İsveçrənin buzlaqların vəziyyətinin monitorinqi proqramının direktoru Mattias Huss qeyd edib ki, hələ üç aya yaxın aktiv ərimə olacaq, bu müddət ərzində onilliklər və hətta əsrlər boyu əmələ gələn buzlar yox ola bilər. "İlin bu vaxtında buzlaqlar çox pis vəziyyətdədir", - o vurğulayıb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20