AMEA-nın bir institutu digər institutunu ittiham edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun geomaqnit qasırğaları ilə bağlı məlumat verməsi tamamilə yersizdir".

"Report" xəbər verir ki, bunu AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.

Onun sözlərinə görə, kosmik hava ilə bağlı məsələ sırf astro-fiziki proseslərdir: "Ümumiyyətlə, üç gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Ona görə də hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır".

Digər xəbərlər

Sabah 39 dərəcə isti olacaq 04 avqust, 2026 / 12:22
Sabah 39 dərəcə isti olacaq 31 iyul, 2026 / 12:16