Altıağac milli parkında “açıq qapı” günü keçiriləcək

Altıağac milli parkının yaranması günü ilə əlaqədar avqustun 31-də parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

Bu barədə “Report” Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirlik vətəndaşları parka dəvət edib: “Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac milli parkının füsunkar təbiətini görmək üçün hər kəsi milli parka dəvət edirik”

Qeyd edək ki, Altıağac milli parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb.

Digər xəbərlər

Sabah 23 dərəcə isti olacaq 17 aprel, 2026 / 12:11
Sabah 22 dərəcə isti olacaq 16 aprel, 2026 / 12:25
Sabah yağış yağacaq 14 aprel, 2026 / 12:49