Almaniyadakı siyasi partiyalara “Cronimet” şirkəti ilə bağlı müraciət edilib

Almaniyadaki Azərbaycan Evləri ölkəmizin ərazisindən keçən və Araz çayına tökülən Oxuçuçaya qarşı Ermənistan və Almaniya şirkətlərinin törətdikləri ekoloji cinayətlə bağlı bu ölkənin dövlət qurumlarına və ictimaiyyətinə müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Almaniyanın “Cronimet” şirkətinin baş ofisinə, “Yaşıllar Partiyası”na, “Greenpeace” və ətraf mühitin mühafizəsi üzrə digər beynəlxalq təşkilatlara, müvafiq dövlət qurumlarına ünvanlanan etiraz xarakterli bəyanatlarda dəhşətli fəlakət bütün təfərrüatı ilə təsvir edilib.

Səhmlərinin əsas hissəsinin Almaniyanın “Chronimet” şirkətinə məxsus olduğu Ermənistan Molibden kombinatının təmizləmə işləri aparılmadan, zəhərli tullantılarını birbaşa Oxuçuçaya buraxdığı, ekoloji standartlara riayət edilmədiyi və Azərbaycanın ətraf mühitinə misli görünməmiş zərbə vurulduğu nəzərə çatdırılıb.

Bəyanatlarda “Cronimet” şirkətindən və digər müvafiq dövlət qurumlarından, beynəlxalq təşkilatlardan bu ekoloji cinayətə biganə qalmamaq və fəlakətin qarşısını almaq məqsədi ilə dərhal lazımi tədbirlər görmək tələb edilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34