Alim: Son illərdə Qusarçay hövzəsində palçıq-sel axınlarının intensivliyi artıb

Son illərdə Qusarçay hövzəsində palçıq-sel axınlarının intensivliyi artıb.

"Report" xəbər verir ki, Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri Tarixazər Stara noyabrın 7-9-də Qusarçay hövzəsində apardığı kompleks tədqiqat işləri çərçivəsində belə bir nəticəyə gəlib.

Alim bu il sentyabrın 22-də Qusar rayonunun Laza kəndi yaxınlığında, Qoşaşəlalə ərazisində leysan yağışları nəticəsində güclü palçıq-sel hadisəsi baş verdiyini xatırladaraq nəticədə kənd yollarına, kənd təsərrüfatı sahələrinə və digər obyektlərə zərər dəydiyini söyləyib:

"Qusarçay hövzəsində sel hadisələrinin qarşısının alınması məqsədilə meşə-bərpa tədbirləri gücləndirilməli, yamaclarda antropogen yüklənmə azaldılmalı və hidrotexniki qurğular möhkəmləndirilməlidir".

Qeyd edək ki, Qusarçayın mənbəyi 3780 metr yüksəklikdə, sel hadisələrinin əsas ocaqları isə 2500 metr və daha yuxarı yüksəkliklərdə yerləşir. Bu zonalarda son illər dağ-çəmən bitki örtüyünün məhv edilməsi müşahidə olunur ki, bu da torpaq örtüyünün sabitliyini azaldaraq sel riskini artırır.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38