Ali Məhkəmə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirib

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ali Məhkəmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası keçirib.

"Report" xəbər verir ki, aksiyada Ali Məhkəmənin sədri İnam Kərimov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də iştirak edib.

Ali Məhkəmənin hakimləri və Aparat əməkdaşlarının qatıldığı aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02