Ağacların məhv edilməsilə bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında aparılan araşdırma başa çatıb.

Xidmətin rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, araşdırma zamanı ərazidə 50-dək çinar, şam və leylandr ağaclarının kökündən çıxarılaraq məhv edildiyi və təbiətə 12 min manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib:

"Aparılan araşdırma zamanı o da məlum olub ki, ağaclar "Magistral Ekspres" ASC tərəfindən 2020-ci ildə əkilib. Ərazinin isə yüngül konstruksiyalı obyektlərin quraşdırılması məqsədilə "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinə verildiyi Birlik tərəfindən iddia olunur".

V.Cavadovun sözlərinə görə torpaq sahəsi ilə bağlı bir neçə müddətdir ki, tərəflər arasında məhkəmə çəkişməsinin getdiyi aydın olub:

"Məhv edilmiş ağacların yerində artıq yeni ağaclar əkilib".

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02