Ağacları zədələyən “Fəxri” MTK barədə toplanmış materiallar məhkəməyə göndərilib

Nəsimi rayonu, Asif Məhərrəmov 36 F ünvanında “Fəxri” MTK tərəfindən aparılan tikinti işləri zamanı ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparan “Fəxri” MTK-nın işçiləri tərəfindən üç şam ağacının budaqlarının kəsildiyi, bir sərv ağacının isə qanunsuz köçürüldüyü müəyyən edilib:

“Faktla bağlı “Fəxri” MTK-nın hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Nəsimi rayon Məhkəməsinə göndərilib”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38