ADB-in iclasında iqlim dəyişikliyinin təsirinin azaldılması məqsədlərinə nail olmaq üzrə tədbir keçirilir

Asiya İnkişaf Bankının (ADB) illik toplantısında bankın iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma məqsədlərinə nail olunmasına töhfəsi mövzusunda tədbir keçirilir.

“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, sessiyada ADB üzvlərinə sistemlərini Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğunlaşdırmaqda kömək etmək üçün ADB əməliyyatlarında davamlı satınalmalardan istifadənin ekoloji və sosial faydaları müzakirə olunacaq.

Bank davamlı satınalmaların həyata keçirilməsinə, ADB-in iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma məqsədlərinə doğru irəliləyişi izləmək üçün portfel monitorinq sistemindən istifadə etməyə çalışır.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24