Abşeronda əhaliyə pulsuz ağac tingləri paylanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylayıb.

“Report”un Sumqayıt-Abşeron müxbirinin məlumatına görə, Xırdalan şəhərində keçirilən aksiyada vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr verilib.

ETSN-in 4 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən “Report”a bildirilib ki, bu gün, ümumilikdə 1000-ə yaxın ağac tingi Abşeron rayonunun bütün kənd və qəsəbələrindən gələn əhaliyə paylanılıb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37