Abşeron Milli Parkının ildönümünə həsr olunmuş "20 ilin dəyəri" adlı tədbir keçirilib

Abşeron Milli Parkının 20 illiyinə həsr olunan "20 ilin dəyəri" adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, ekoloqların, zoologiya və coğrafiya sahəsi üzrə alim-mütəxəssislərin, Abşeron Milli Parkının fəaliyyətinə töhfə vermiş tərəfdaş subyektlərin iştirakı ilə keçirilən toplantıda parkın bioloji müxtəlifliyinin əsas elementləri, yerləşdiyi ərazinin coğrafi xüsusiyyətləri barədə çıxışlar edilib, Abşeron yarımadasında belə bir qorunan təbiət ərazinin mövcudluğunun əhəmiyyəti vurğulanıb.

Tədbir iştirakçıları təşkil olunmuş rəsm və instalyasiya nümunələrinin sərgisinə baxış keçirib, Abşeron Milli Parkının "20 ilin dəyəri" adlı stendinin təqdimatı ilə tanış olublar.

Sonda tələbələr arasında təşkil olunmuş viktorinanın qalibləri mükafatlandırılıb, Abşeron Milli Parkının fəaliyyərinə töhfə verən tərəfdaşlara xatirə diplomu təqdim olunub.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24