Abşeron Milli Parkında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron Milli Parkında gənc rəssamların iştirakı ilə “Vətənimin seyrinə” adlı yaradıcılıq günü təşkil olunub.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzərin sahilində baş tutan tədbir Abşeron Milli Parkı, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Metost.art yaradıcılıq evinin birgə təşkilatçılığı ilə keçirilib.

Yaradıcılıq günündə yeniyetmə və gənc rəssamlar Azərbaycanın suverenliyini, milli parkın dəniz mənzərəsini, dalğalı sahillərini, quru ilə suyun birləşdiyi Şahdilinin peyzajını və biomüxtəliflik mövzularını əhatə edən maraqlı rəsmlər çəkiblər.

Daha sonra gənc rəssamlar Şahdili burnuna ekskursiya ediblər.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24