Abşeron göllərində su nümunələrinin kimyəvi və mikrobioloji təhlil nəticələri açıqlanıb

"Böyükşor gölünün suyunda ammonium ionunun miqdarı normadan 4, sintetik səthi aktiv maddələr 2.7, E-coli şərti xəstəliktörədən bakteriyaların miqdarı isə 2 min 660 dəfə normadan artıqdır".

"Report" xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Abşeron göllərinin ekoloji vəziyyətinə dair keçirilən ictimai dinləmədə deyib.

İdarə rəisinin sözlərinə görə, Zığ gölünün suyunda sintetik səthi aktiv maddələrin miqdarı normadan 2.9, ammonium ionunun miqdarı normadan 5, neft karbohidrogenlərinin miqdarı isə 19 dəfə artıqdır, E-coli şərti xəstəliktörədən bakteriyaların miqdarı isə normanı 730 dəfə ötüb: "Xocasən gölündən götürülən su nümunələrinin kimyəvi və mikrobioloji təhlili onu göstərir ki, gölün suyunda ammonium ionunun miqdarı normanı 10.4, oksigenin biokimyəvi sərfi 22 dəfə normanı keçib. E-coli şərti xəstəliktörədən bakteriyaların miqdarı normadan 3 min 840 dəfə artıqdır".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24