3 rayonda qanunsuz ov edənlər cərimələnib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Quba, Bərdə və Samux rayonları ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb. 

"Report" xəbər verir ki, Xidmət rəisinin müavini Bəhruz Məhəmmədov araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Mahir Həsənov, Zaur İmanov, Bərdə rayon sakinləri Vüqar Muradov, Məmməd Vəliyev, Mustafa Usubov olduğu məlum olub və onlardan ov tüfəngləri götürüldüyünü bildirib.

O qeyd edib ki, faktla bağlı  qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri   1000 manat məbləğində cərimə olunub”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20