2020-ci il ən isti illərdən biri ola bilər

Bu ilin hava və iqlim sistematik müşahidələri tarixində ən isti illərin ilk beşliyinə düşmə ehtimalı var.

“Report” TASS-a istinadən xəbər verir ki, belə proqnozla BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) çıxış edib.

Qeyd olunub ki, bu ilin may ayı hava və iqlim müşahidələri tarixində ən isti may ayı olub, yanvar-may ayları arasındakı dövr isə yalnız 2016-cı ilin analoji periodundan geri qalıb.

“Bu ilin ilk beş ayında Yer səthindəki temperatur istiliyinə görə ikinci ən yüksək göstəriciyə sahib olub. Yalnız “El Ninyo” effektinin güclü olduğu 2016-cı ildə bundan bir qədər yüksək istilik olmuşdu. Avropa və Amerika məlumat bazalarına əsasən, may ayı müşahidələr tarixindəki ən isti may olub. 2020-ci il isə, 99,9% ehtimalla, qeydə alınmış ən isti 5 və ya 10 il arasında olacaq”, - ÜMT-nin məlumatında qeyd olunub.

Cənubi Amerika, Avropa və Asiyada 2020-ci ilin ilk beş ayı müşahidələr tarixində ən istisi olub. Asiyanın şimalındakı böyük ərazidə havanın temperaturu orta göstəricidən az 3,5 dərəcə isti olub. Yanvar-may aylarında Atlantik okeanında, Sakit okean və Hind okeanının cənubunda rekord yüksək temperatur qeydə alınıb.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37