Ukrayna Donbasdan qoşunlarını çıxarmayacaq, çünki bu, ölkənin Silahlı Qüvvələrinin müdafiə xəttinin güclü hissəsidir.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski deyib.
"Hətta kimsə Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması fikrini dəstəkləsə belə, Putinin davam etməyəcəyinə kim zəmanət verəcək? Heç kim", - V.Zelenski bildirib.
"O, dəfələrlə yalan danışıb, buna görə də biz ona etibar edə bilmərik, biz heç bir halda əraziləri verə bilmərik", - prezident qeyd edib.