ABŞ prezidenti İrana təzyiq göstərməyin vacib olduğunu bildirib

Bakı. 16 iyul. REPORT.AZ/ İrana nüvə planları ilə bağlı təzyiq göstərmək vacibdir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Helsinkidə rusiyalı həmkarı ilə görüşündən sonra mətbuat konfransında deyib.

"İranın Yaxın Şərqdə nüvə planlarının qarşısını almaq üçün bu ölkəyə təzyiq göstərməyin vacibliyini vurğulamışam", - D.Tramp deyib.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50