Ramin Məmmədov Türkiyədə səfərdədir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti azərbaycanlıların sıx məskunlaşdığı ərazilərdə təşkil ediləcək iftar mərasimləri ilə əlaqədar Türkiyədə səfərdədir.

"Report"un Türkiyə bürosunun məlumatına görə, məqsəd azərbaycanlıların sıx məskunlaşdığı ərazilərdə təşkil ediləcək iftar mərasimlərində iştirakdır.

Səfər çərçivəsində komitə və tabeliyindəki qurumların rəhbərliyi, o cümlədən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva İstanbulun Sarıyer bölgəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda olub.

Nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün parkda yerləşən abidəsi də ziyarət edilərək önünə gül dəstələri qoyulub.

Qeyd edək ki, Prezident İlham Əliyevin "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsində dəyişiklik edilməsi haqqında" Fərmanı xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının qorunmasını və sosial layihələrin həyata keçirilməsinə dövlət dəstəyinin təmin olunmasını Fondun məqsədlərindən biri kimi müəyyən edib, soydaşlarla daha sıx işləməyə imkan yaradıb. Bu məqsədlə DQİDK və Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən martın 2-də Türkiyənin İstanbul, 4-də Qars, 6-da İğdır şəhərlərində iftar süfrələrinin təşkili nəzərdə tutulur.

İftar mərasimlərində Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin və Türk Dövlətləri Təşkilatının rəhbərliyinin, Türkiyə Böyük Millət Məclisinin deputatlarının, müvafiq dövlət qurumlarının nümayəndələrinin, habelə dini icmaların təmsilçilərinin iştirakı planlaşdırılır.

Digər xəbərlər

Ramazan ayı başlayıb 19 fevral, 2026 / 00:00