Bakı. 6 noyabr. REPORT.AZ/ Ötən gün Bakının Sabunçu rayonunda bir qrup dindarla polis arasında baş verən insidentə rəsmi münasibət bildirilib. “Report”un xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov bildirib ki, noyabrın 5-də rəsmi qeydiyyatdan keçməmiş və “Müsəlman Birliyi Hərəkatı” adlanan qurumun idarə heyətinin sədr müavini kimi təqdim olunan Elçin Qasımov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılaraq polis idarəsinə aparılıb: “Elçin Qasımovun saxlanılmasına etiraz bildirən bir qrup şəxs polis idarəsinin qarşısına gələrək ictimai asayişi pozmağa cəhd göstərib. Nəticədə polis əməkdaşlarına müqavimət göstərən şəxslər də xüliqanlıq hərəkətlərinə yol verdiyi üçün saxlanılıblar. Onu da qeyd edim ki, Elçin Qasımov və digər şəxslər rəsmi din xadimləri və dini icma üzvləri deyillər və bu barədə onlar tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət olmayıb. Həmin şəxslərin dini ibadət yerlərində dini ayinlərin icrasına rəhbərliyi həyata keçirmələrinə rəsmi icazələri yoxdur. Lakin dəfələrlə onlar tərəfindən dini ayinlərin icrası adı altında ictimai asayişi pozmağa cəhdlər göstərilib. Nəticədə dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər - çağırışlar ediblər. Dəfələrlə onlara müvafiq dövlət orqanları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd hərəkətlərini davam etdiriblər. Hazırki şəraitdə isə bu tipli adamlar özlərinin xuliqanlıq hərəkətlərini dini amillə pərdələməyə çalışırlar. Ölkəmizdə ənənəvi islami dəyərlər qorunur və hər kəsin dini ayinləri icrasına heç bir maneçilik yoxdur”.
Dövlət Komitəsinin sədr müavini: “Elçin Qasımov və digərləri dindən istifadə etməklə siyasi xarakterli hərəkətlər ediblər”
Digər xəbərlər
Ramin Məmmədov: Azərbaycanda dinlərarası əməkdaşlıq istiqamətində ardıcıl siyasət həyata keçirilir
29 oktyabr, 2026 / 11:32
Pakistanlı nazir: Dinlərarası harmoniyanı gücləndirmək üçün Azərbaycanla işləməyə hazırıq
28 oktyabr, 2026 / 13:00
Allahşükür Paşazadə: Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir
28 oktyabr, 2026 / 12:42
Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb
26 oktyabr, 2026 / 20:38
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb
26 oktyabr, 2026 / 19:57
Bəxtiyar Nəcəfov: QMİ dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməyə hazırdır
26 oktyabr, 2026 / 16:39
Gündüz İsmayılov: Azərbaycan ailəsi din pərdəsi altında başqa xalqların ailəsinə çevrilməməlidir
21 oktyabr, 2026 / 12:29
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
12 oktyabr, 2026 / 21:45
Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcək
12 oktyabr, 2026 / 15:25
Bakıda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi müzakirə olunub
09 oktyabr, 2026 / 13:24
Ramin Məmmədov: İnformasiya bolluğu düzgün dünyagörüşün formalaşmasına zəmanət vermir
09 oktyabr, 2026 / 11:05
Komitə sədri: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün davamlı əməkdaşlıq qurulmalıdır
09 oktyabr, 2026 / 10:54
Ramin Məmmədov: Dini dəyərlər insan ləyaqətinə, ictimai həmrəyliyə və sülhə xidmət etməlidir
09 oktyabr, 2026 / 10:43
Bakıda Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzusunda konfrans keçirilir
09 oktyabr, 2026 / 10:15
Komitə: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində iş gücləndiriləcək
09 oktyabr, 2026 / 10:09
Dini liderlər Qlobal Sülh Hərəkatının konsepsiyasını hazırlayacaqlar
07 oktyabr, 2026 / 13:00
Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
07 oktyabr, 2026 / 12:45