Zelenski Prezident seçkilərində elektron səsvermə ideyasını dəstəkləyib

Ukrayna Prezidenti Volodimir Zelenski Prezident seçkilərində elektron səsvermənin tətbiqi variantının nəzərdən keçirildiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

"Mən həmişə insanların onlayn səs verə bilməsi üçün qanunvericilik dəyişiklikləri məsələsini dəstəkləmişəm. Hələ ki, parlament üzvləri ilə konsensusa gələ bilməmişik", - deyə Zelenski bildirib.

Bundan əlavə, Prezident müharibə zamanı seçkilər haqqında qanunun hazırlanmasında hər hansı irəliləyişin olub-olmadığı barədə məlumatının olmadığını qeyd edib. O həmçinin qeyd edib ki, hazırda Ukraynanın siyasi gündəliyində parlament seçkilərində elektron səsvermə məsələsi yoxdur.

"ABŞ Ukraynadan yalnız Prezident seçkilərinin keçirilməsini tələb edib - parlament və ya yerli seçkilər barədə söhbət getməyib", - V.Zelenski deyib.

Digər xəbərlər

Paşinyan Rusiyaya səfər edəcək 18 dekabr, 2025 / 13:53