Zelenski: Hərbi vəziyyətdə seçkilərin keçirilməsini dəstəkləməyə hazıram

Hərbi vəziyyətdə seçkilərin keçirilməsini dəstəkləməyə hazıram.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşdə bildirib.

Zelenskinin sözlərinə görə, müvafiq siqnal ABŞ-dən gəlib, lakin Kiyev zəiflik göstərməməli və seçkilərin olmaması fonunda manipulyasiya üçün səbəb verməməlidir: "Buna görə də, şübhəsiz ki, seçkilərin tərəfdarıyam. Ən başlıcası, seçkilər qanuni keçmələridir".

O qeyd edib ki, beynəlxalq tərəfdaşlar səsvermə üçün təhlükəsiz şəraitin təmin olunmasına kömək edə bilərlər.

"Mən deputatlardan hərbi vəziyyət zamanı seçkilərin keçirilməsinin mümkünlüyü barədə qanunvericiliyə dəyişikliklər hazırlamalarını xahiş etdim", - Zelenski qeyd edib.

Zelenski bildirib ki, müharibənin dayandırılması və Ukraynanın güclü mövqeyinin qorunması əsas prioritetlər olaraq qalır, lakin seçki məsələsi birgə iş tələb edir:

"İki vacib məsələ var: təhlükəsizlik və qanunvericilik. Həm Ukrayna tərəfdaşlarına, həm də parlamentdən xahişim odur ki, bu problemlərin hər ikisinin necə həll olunacağını göstərsinlər".

Digər xəbərlər