Yunanıstanda qar uçqunu nəticəsində 4 nəfər ölüb

Yunanıstanda xilasedicilər Vardousia dağlarında qar uçqunu altında qalan 4 nəfərin cəsədini çıxarıblar.

"Report" xəbər verir ki, bu barədə "Skai" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Afinadan gələn və Vardousia silsiləsinə qalxan üç alpinistin axtarışları faciəvi şəkildə başa çatıb: onlar qarın altında huşsuz vəziyyətdə tapılıb.

Üç alpinistlə əlaqə dekabrın 25-də kəsilib. Dərhal genişmiqyaslı axtarış əməliyyatına başlanılıb, bu zaman alpinistlərin avtomobili Afanasios Diakos ərazisində olub və ehtimal edilib ki, onlar dağlara doğru yürüşlərə başlayıblar.

Bir müddət sonra xilasedicilər uçqun altında itkin düşənlərin izlərini aşkar ediblər.

Alpinistləri qar altında axtarmaq üçün termal kameralar və dronlardan istifadə edilib. Onların köməyi ilə 3 kişi və bir qadının cəsədinin yeri müəyyən edilib.

Digər xəbərlər