Yunanıstanda baş verən toqquşmalarda onlarla insan saxlanılıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada polis əməkdaşları ilə anarxistlər arasında baş verən toqquşmalarda 22 nəfər saxlanılıb.

Bu barədə "Report" "Washington Post"a istinadən xəbər verir.

Məlumata görə, onlardan 13-ü müxtəlif cinəytlərdə ittiham edilərək həbs olunublar.

Daha əvvəl polis əməkdaşlarının onlara butılkalar və alışdırıcı vasitələr atan 8 nəfəri saxladığı bildirilirdi. Qeyd edilir ki, toqquşmalar zamanı bir neçə polis əməkdaşı xəsarət alıb. 

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09