"Yonhap": Şimali Koreya Şərq dənizi istiqamətində raket buraxıb - YENİLƏNİB

Koreya Xalq Demokratik Respublikasının (KXDR) hərbçilərinin buraxdığı ballistik raket 700 km-dən çox məsafə qət edib.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Buraxılışla əlaqədar Koreya Respublikası Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi təcili müşavirə keçirib və silahlı qüvvələrin cavab tədbirlərinə hazırlığı yoxlanılıb. Rəsmilər həmçinin buraxılışın təhlükəsizliyə təsirini qiymətləndiriblər.

"Ballistik raketlərin buraxılması nəinki BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur, həm də mövcud vəziyyətin yaxşılaşmasına kömək etmir. Belə hərəkətləri dayandırmağa təkidlə çağırırıq", - Prezident Administrasiyasından bildirilib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Şərq dənizi istiqamətində naməlum raket buraxıb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

"Biz oktyabrın 3-də saat 06:30 radələrində (Bakı vaxtı ilə 01:30) KXDR-in Vonsan bölgəsindən Şərq dənizi istiqamətində buraxılmış ballistik raketi aşkar etdik", - deyə hərbçilərin bəyanatında bildirilir.

Məlumata görə, Seul Vaşinqton və Tokio ilə kəşfiyyat məlumatları mübadiləsi aparır.

"Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, buraxılan obyekt ballistik raket ola bilər", - "Kyodo" agentliyi qeyd edir. Yaponiyalı dənizçilərə mərminin qalıqlarına yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

Seulun hesablamalarına görə, KXDR ötən dəfə oxşar buraxılışı sentyabrın 20-də həyata keçirib.

Digər xəbərlər