​Yəməndə "əl-Qaidə" terrorçu qruplaşmasının nüfuzlu lideri öldürülüb

Bakı. 15 aprel. REPORT.AZ/ Yəməndə "əl-Qaidə Ərəb yarımadasında" terrorçu qruplaşmasının nüfuzlu lideri İbrahim əl-Rubayş öldürülüb. "Report" xəbər verir ki, bu haqda "news.ru" saytı məlumat yayıb.

Xəbərə görə, o, ABŞ-a məxsus pilotsuz uçan qurğuların Yəmən sahillərini bombalaması nəticəsində öldürülüb. 

Məlumatda bildirilib ki, əslən Səudiyyə Ərəbistanından olan 35 yaşlı İbrahim əl-Rubayş 2001-2006-cı illərdə ABŞ-ın Quantanamodakı terrorçulara aid həbsxanasında saxlanılıb. Həbsdən buraxıldıqdan sonra o, "əl-Qaidə"nin Yəməndəki bölməsinə qoşulub. İ.əl-Rubayşlə bağlı məlumat verən şəxsə 5 milyon dollar mükafat da vəd olunmuşdu. 

ABŞ hakimiyyəti hesab edir ki, o, yalnız ideoloji deyil, terrorçuluq fəaliyyətlə də məşğul olub. Məlumatda onun terror aksiyalarında iştirak etdiyi də vurğulanıb. 

Digər xəbərlər