Yəməndə 90 gün müddətinə fövqəladə vəziyyət elan edilib

Yəmən hökumətini təmsil edən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alim ölkədə 90 gün müddətinə fövqəladə vəziyyət tətbiq edilməsi haqqında fərman imzalayıb.

Bu barədə "Report" Yəmənin SABA agentliyinə istinadən xəbər verir.

"Respublikada fövqəladə vəziyyət 2025-ci il dekabrın 30-u tarixində 90 gün müddətinə qüvvəyə minir," - fərmanda qeyd olunub.

Bu tədbirlər 2014-cü ildən davam edən çevrilişə qarşı mübarizə zərurəti, eləcə də Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən Cənub Keçid Şurasının üsyançıları tərəfindən törədilən qiyamla əlaqədar olaraq tətbiq edilib.

Digər xəbərlər

Zelenski Britaniyada səfərdədir 14 oktyabr, 2026 / 16:09