Yasamalda gənc boynundan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 2-ci Alatavada 1992-ci il təvəllüdlü Rüstəmzadə Eşqin Sapay oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dostlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona boynun kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10